"Üzərindəki yazılar kiril əlifbası ilə olan heykəllər sovet dövründə ucaldılmış abidələrdir".
“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, tarixi abidələrimiz Azərbaycanın mədəni sərvətidir və əcdadlarımızdan qalan mirasdır.
"Təbii ki, biz də Azərbaycan dövləti olaraq onlara qayğı göstərməliyik, amma burada təkcə dövlət yox, məncə bütün vətəndaşlar öz mirasına, mədəniyyət abidələrinə sahib çıxmalıdır.
O ki, qaldı kiril əlifbası ilə olan heykəllərə onlar Sovet ittifaqı dövründə ucaldılmış heykəllərdir. Hələ də köhnə əlifba ilə yazılmış yazılar var. Bu da bir tarixdir. Biz hər bir tarixə, hər bir ənənəyə hörmətlə yanaşmalıyıq. Əslində hər bir ənənəni saxlamaqla onun dəyərini artırmış oluruq", - nazir vurğulayıb.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO