İkinci Xəzər İqtisadi Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb.
“İki sahil” xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tərəflər ticarət əlaqələrinin təşviqi, iqtisadi əməkdaşlıq çərçivəsində klasterlərin yaradılması, Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi, iqtisadi zonalar üzrə fəaliyyətin təkmilləşdirilməsi və sərhəd-keçid məntəqələrinin imkanlarının artırılması barədə müzakirələr aparıblar.
Azərbaycanın iqtisadiyyat naziri Rusiya ilə əməkdaşlığın uğurlu inkişafını vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması istiqamətində görülən işlər barədə danışıb.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksək səviyyəsini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
***
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb
“İki sahil” xəbər verir ki, bu barədə nazir özünün “Facebook” səhifəsində məlumat yayıb:
“Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi, iqtisadi əməkdaşlıq çərçivəsində klasterlərin yaradılması, Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi və iqtisadi zonalar üzrə tərəfdaşlığın təşviqi barədə müzakirələr apardıq”.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir