07 oktyabr 2022 03:42
464

Pərviz Şahbazov Türkiyənin vitse-prezidenti ilə görüşüb

Azərbaycanın energetika naziri Pərviz Şahbazov İstanbulda keçirilən Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu çərçivəsində Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayla görüşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə o, özünün tviter hesabında qeyd edib:

“Ölkələrimiz arasında yüksək səviyyəli enerji əməkdaşlığını Türkiyənin Vitse-prezidenti Fuat Oktay ilə də müzakirə etdik. Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının möhkəmləndirilməsi potensialından danışdıq”-deyə nazir əlavə edib.