07 oktyabr 2022 15:12
409

Mərkəzi Bank: Bu il Ani Ödəniş Sistemi ilə əməliyyat sayında 96,9% artım olub

Hazırda Ani Ödənişlər Sisteminə "Azərbaycan Sənaye Bankı" və "Pakistan Milli Bankının Bakı filialı" istisna olmaqla 24 bank inteqrasiya edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib. Bildirilib ki, banklarla yanaşı həmçinin də, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, "Azərpoçt" MMC, E-kassa operatoru olan “NBA Technologies International” MMC şirkəti də sistemə inteqrasiya olunub.

Banklar tərəfindən AÖS-ə inteqrasiyanın təmin olunması bank müştərilərinə öz hesablaşmalarını real vaxt rejimdə həyata keçirməyə imkan verməklə köçürmələr üzrə reqlament məhdudiyyətlərinin aradan qaldırılmasına şərait yaradır.

Mərkəzi Bankdan bildirilib ki, 2022-ci ilin əvvəlindən əməliyyat sayında 96,9% artım müşahidə edilib. Əməliyyat dövriyyəsi isə son ay üzrə 47 610 min AZN təşkil edib.

Hal-hazırda AÖS-ün əhatə dairəsinin genişləndirilməsi, nəzarət -kassa aparatlarında QR kod vasitəsilə ödənişlərin qəbulu funksionallığının yaradılması istiqamətində işlər görülür.