08 oktyabr 2022 10:27
518

Azərbaycan və Gürcüstan Qara dəniz sualtı elektrik xəttinin reallaşdırılmasını müzakirə edib

Energetika naziri Pərviz Şahbazov Gürcüstanın baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

"İki sahil" xəbər verir ki, bu barədə azərbaycanlı nazir tviterdə yazıb.

"Qara dəniz sualtı elektrik xəttinin reallaşdırılması, elektrik enerjisinin ixracı və tranzit imkanlarının artırılması, eləcə də digər istiqamətlərdə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə etdik", - deyə o, qeyd edib.