08 oktyabr 2022 13:44
514

AERA sentyabrda Texniki Şuralara müraciətlərin sayını açıqlayıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən sentyabrda sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 351 müraciət qəbul edilib.

Agentlikdən "İki sahil"ə verilən məlumata görə, bütün müraciətlər araşdırılıb və cavablandırılıb.

Müraciətlərə Bakıda və regionlarda yerləşən 15 “ASAN xidmət”, 3 “ASAN Kommunal” mərkəzində və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.