Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov oktyabrın 8-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.
"İki sahil" xəbər verir ki, nazir ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Nazir həmçinin, Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidə önünə əklil qoyub.
Pərviz Şahbazovu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir