08 oktyabr 2022 18:22
762

Moskvada “İrs” jurnalının növbəti nömrəsi işıq üzü görüb

Moskvada “İrs” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

"İki sahil" xəbər verir ki, jurnal ənənəvi olaraq baş redaktor Musa Mərcanlının köşə yazısı ilə açılıb.

Jurnalın son nömrəsində Ermənistan-Azərbaycan münasibətlərinin bir sıra aspektlərini əks etdirən materiallar təqdim olunub.

Jurnalda Qərb informasiya resurslarına istinadla erməni siyasətçilərinin, rəsmilərinin, KİV nəşrlərinin antisemit bəyanatlarına istinad edilir, həmçinin Ermənistanda milli qəhrəman kimi təqdim edilən nasist hərbi cinayətkarları Njde və Dronun təriflənmə praktikasına işarə olunub.

Daha sonra yeni nömrədə rusiyalı jurnalistin Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Şuşa ilə bağlı davamlı səyahət qeydləri və Qarabağ uğrunda müharibədə Azərbaycanın Qələbəsinə həsr edilmiş tarixi-analitik material yer alıb. Bununla yanaşı, jurnalın nömrəsində Azərbaycanın sosial-mədəni həyatının müxtəlif aspektlərinə dair materiallar əks olunub.