Avstraliyada iki ekofəal Viktoriya Milli Qalereyasında Pablo Pikassonun tablosuna əllərini yapışdırdıqları üçün həbs edilib.
“İki sahil” xəbər verir ki, etiraz aksiyasını “Extinction Rebellion” qrupundan olan 59 yaşlı kişi və 49 yaşlı qadın həyata keçirib.
Cütlük “İqlim xaosu = müharibə və aclıq” yazılmış pankart açıb, aksiyalarını canlı yayımlayıblar.
Nəticədə qalereyanın ziyarətçiləri təxliyə edilib.
Qeyd olunur ki, Pikassonun 1951-ci ildə yazdığı “Koreyada qırğın” tablosu etiraz zamanı zədələnməyib. Belə ki, onun üzərində qoruyucu şüşə olub.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO