10 oktyabr 2022 10:17
450

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,91% azalaraq, 1 693,8 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,57% azalaraq, 19,74 dollar təşkil edib.