Azərbaycan Şərq Tərəfdaşlığı regionunda ixracını 6% artırıb, əlavə 40% artırmaq potensialı da var. Bu isə illik üçün 77,8 milyon dollar ixrac potensialı deməkdir.
“İki sahil” xəbər verir ki, bunu ŞT Ticarət Yardım Masası platformasının təqdimat mərasimində Beynəlxalq Ticarət Mərkəzinin nümayəndəsi Martiz Lopez deyib.
M.Lopez bildirib ki, Azərbaycanın kimya sektoru 2026-cı ilə qədər ixracını iki dəfə artıra bilər. Bu baxımdan Azərbaycan məhsullarının Aİ bazarları ixrac imkanları yaranıb.
"Azərbaycanın meyvə-tərəvəz sektoru 2026-cı ilə qədər Almaniya, Yunanıstan, İtaliya və Rumıniya bazarları da daxil olmaqla, bu bazarlar üzrə müvafiq olaraq 15 milyon avro və 23 milyon avrodan çox ixrac potensialına malikdir", - deyə o əlavə edib.
O qeyd edib ki, ŞT Ticarət Yardım Masası platformasının mövcud və yeni müəyyən edilmiş bazarlar üzrə bazar tələbləri barəsində təfsilatlı məlumat mövcuddur. Layihə 2024-cü ilə qədər fəaliyyət göstərəcək. Platforma istifadəyə verildikdən sonra, BTM Azərbaycan şirkətləri ilə onların biznes mühiti barədə sorğu keçirəcək və xidmət sənayesi barədə məlumatların toplanmasının təkmilləşdirilməsi istiqamətində çalışacaq.