10 oktyabr 2022 14:53
550

Bu il İzmirə səfər edən azərbaycanlı turistlərin sayı açıqlanıb

Bu ilin 9 ayında Türkiyənin İzmir şəhərinə gələn axərbaycanlı turistlərin sayı açıqlanıb.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cari ildə 29 min 852 azərbaycanlı turist İzmirə turist səfərə gəlib. Azərbaycan vətəndaşları bu şəhərdə gəzməyə gedənlər arasında ilk onluqda yer alır.

Ümumilikdə, bu il İzmir şəhərinə 1 milyon 222 minə yaxın turist gəlib. Şəhərə gələn turistlər içərisində Almaniya, İngiltərə, Hollandiya vətəndaşları üstünlük təşkil edir.