10 oktyabr 2022 15:16
557

Yanvar-sentyabr aylarında Türkiyə polad ixracını 8 faizdən çox artırıb

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq 17,1 milyard dollara bərabər olub.

“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə 1,8 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 31,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (sentyabr 2021- sentyabr 2022) Türkiyə 23,6 milyard dollar məbləğində polad ixrac edib.