10 oktyabr 2022 16:41
593

İlin əvvəlindən Gürcüstan Azərbaycandan 2,6 min ton aviasiya kerosini idxal edib

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycandan 2,6 min ton aviasiya kerosini idxal edib.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Azərbaycandan idxal Gürcüstanın ümumi aviasiya kerosini idxalının 2,7%-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan Türkmənistandan 56,4 min ton (59,6%), Türkiyədən 17,8 min ton (18,8%), Yunanıstandan 13,1 min ton (13,8%), Misirdən 4,8 min ton (5,1%) aviasiya kerosini idxal edib.