11 oktyabr 2022 12:32
664

Nataliya Qavrilitsa: Moldovada azərbaycanlı investorlar üçün geniş yatırım imkanları var

Moldovada Azərbaycanlı investorlar üçün geniş yatırım imkanları var.

“İki sahil” xəbər verir ki, bunu Moldovanın baş naziri Nataliya Qavrilitsa Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı deyib.

"Cənuni Qafqazın açar ölkəsi olan Azərbaycan etibarlı tərəfdardır, həmçinin güclü biznes imkanları var. Bu prezident İlham Əliyev və digər dövlər rəsmiləri ilə dünənki görüşdə vurğulandı. İki ölkə arasında biznes və ticarət sahəsində əlaqələrin daha da genişlənməsinin tərəfdarıyıq. Təhcizat zənciri ilə yanaşı enerji sahəsində əməkdaşlıq önəmlidir", - deyə N.Qavrilitsa əlavə edib.