11 oktyabr 2022 14:03
606

Moldova Azərbaycandan 300 milyon kubmetr həcmində qazın alışını müzakirə edib

Moldova 300 milyon kubmetr həcmdə qaz almaq istəyir.

“İki sahil” xəbər verir ki, bunu Moldovanın baş naziri Nataliya Qavrilitsa deyib.

O bildirib ki, Moldova qaz və enerji böhranı ilə bağlı qısa və ortamüddətli həll yolları axtarışındadır: "İki aylıq tələbimiz 300 million kubmetr həcmindədir. Heç bir ölkə bir təchizatçıdan asılı olmaq istəmir. Ona görə də alternativ təchizatçılar axtarışındayıq. Azərbaycanla da bu məsələ müzakirə edilib".