11 oktyabr 2022 14:24
1038

Ruhəngiz Qasımova ilə vida mərasiminin yeri dəyişdirilib

Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasiminin keçiriləcəyi yer dəyişdirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Əməkdar artist Tahir İmanov məlumat verib.

O bildirib ki, mərhum bəstəkarla vida mərasimi sabah 13:00-dan 16:00-dək Təzə Pir məscidində olacaq.

Qeyd edək ki, o, bundan əvvəl vida mərasiminin Heydər məscidində keçiriləcəyini bildirmişdi.

Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda vəfat edib. Onun nəşi sabah Bakıya gətiriləcək və Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.