12 oktyabr 2022 09:26
648

Neftin qiyməti

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2022-ci ilin dekabr müqaviləsinin dəyəri 0,51% azalaraq, 1 barelə 93,81 dollar təşkil edib.

“İki sahil” xəbər verir ki,  Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,67% azalaraq, 88,75 dollar təşkil edib.