12 oktyabr 2022 10:23
575

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,72% azalaraq, 1 673,9 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,86% azalaraq, 19,13 dollar təşkil edib.