12 oktyabr 2022 11:52
644

Rusiyadan Almaniyaya neft daşıyan boru xətti bağlanıb

Rusiyadan Avropa ölkələrinə neft nəql edən "Drujba" neft kəmərinin Polşadakı hissəsində sızma baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Polşanın "Pern" operator şirkəti bildirib.

Qeyd olunub ki, sızma Plotsk şəhərindən 70 kilometr məsafədə qeydə alınıb. Hadisə ilə əlaqədar boru xəttinin Almaniyaya neft nəql edən qolu bağlanıb.

İnsidentlə bağlı araşdırma aparılır.