12 oktyabr 2022 12:14
621

KİV: Azərbaycan Moldovada torpaq icarəyə götürmək istəyir

Azərbaycan taxıl bitkilərinin əkini üçün Moldovada ərazi icarə götürməkdə maraqlıdır.

“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ Azərbaycan-Moldova hökumətlərarası komissiyanın 4-cü iclasında müzakirə edilib.

“Xüsusilə Moldovada torpaq icarəyə götürməklə ərzaq buğdası və digər dənli bitkilərin (soya, günəbaxan) istehsalı və ixracı imkanlarını nəzərdən keçirə biləcəyi ilə bağlı məsələ müzakirə edilib”, - deyə bildirilir.

Qeyd edək ki, məlumatı "İnterfax-Azərbaycan" yayıb.