12 oktyabr 2022 14:30
647

BFB-də Asiya İnkişaf Bankı və PwC ilə görüş olub

Bu gün Bakı Fond Birjası (BFB), Asiya İnkişaf Bankı və PwC Azərbaycan arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə BFB-dən bildirilib. Məlumata görə, görüş zamanı Bakı Fond Birjasının fəaliyyəti, ticarət dövriyyəsi, kapital bazarlarının infrastrukturu, ilkin və təkrar bazarlar üzrə perspektiv və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.