Almaniyada sentyabr ayında inflyasiya göstəriciləri ölkə tarixində rekord həddə çataraq illik müqayisədə 10,9 faiz təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Federal Statistika İdarəsinin hesabatında deyilir.
Avqust ayı ilə müqayisədə isə inflyasiya 2,2 faiz artıb.
Almaniyada hesabat dövründə enerji daşıyıcıları 2021-ci ilin eyni dövrü ilə müqayisədə 43,9 faiz, ərzaq məhsulları 18,7 faiz, xidmətlər 3,6 faiz bahalaşıb.