13 oktyabr 2022 12:04
606

Aİ: Azərbaycanda istifadə olunan elektrik enerjisinin 40%-dən çoxu binaların payına düşür

Azərbaycanda binalarda enerji effektivliyinin artırılması enerjiyə qənaət etməyə imkan verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda enerji səmərəliliyinin daha da yaxşılaşdırılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunan "Enerji effektivliyi, eko-dizayn və enerji etiketlənməsi ilə bağlı ictimai məlumatlılığın artırılması üzrə seminar zamanı qrup lideri Bilyana Çobanova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda istifadə olunan elektrik enerjisinin 40%-dən çoxu binaların payına düşür və burada enerji səmərəliliyinin artırılması elektrik enerjisinin qənaətinə gətirib çıxaracaq.

Qrup lideri onu da əlavə edib ki, Avropada qeyd olunan göstərici 40%-dən aşağı səviyyədədir: "Azərbaycan enerji ixrac edir və binalarda enerjinin qənaəti ixrac imkanlarını artıra bilər".