13 oktyabr 2022 15:55
728

Azərbaycanda ilin sonunadək gözlənilən neft hasilatının həcmi açıqlanıb

2022-ci ilin sonunadək Azərbaycanda neft və qaz kondensatı hasilatı 34 milyon həcmində proqnozlaşdırır.

“İki sahil” xəbər verir ki, bunu bu gün energetika naziri Pərviz Şahbazov "Rusiya enerji həftəsi" çərçivəsində deyib.

O qeyd edib ki, analoji həcm gələn il üçün proqnozlaşdırılır.

"Azərbaycanda neft hasilatı stabil vəziyyətdədir. Biz yeni quyular hesabına hasilatın stabil səviyyəsini dəstəkləyirik", - nazir deyib.