"Bankın ləğv edilməsi Pakistan Milli Bankının mərkəzi ofisinin qərarı ilə olub. Bununla bağlı 2 ay danışıqlar aparılsa da, Bankın Bakıdakı Filialının könüllü ləğvedilməsi qərarına gəlinib".
Bu barədə "İki sahil"ə bu gün lisenziyası ləğv edilən Pakistan Milli Bankının Bakı Filialından bildirilib.
Bildirilib ki, Filialın hüquqi şəxslər qarşısında hər hansı öhdəliyi yoxdur, digər müştərilər isə vəsaitlərini istənilən vaxt bankdan çəkə bilərlər. Bankın Bakı Filialının müştərilər qarşısında öhdəliyi hazırda 0,5 milyon manat təşkil edir.
Qeyd edilib ki, Filialın ləğvetmə prosesi bu ilin sonuna kimi yekunlaşacaq.
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” platforması vasitəsilə də təqdim olunur
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər