Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov 12-18 oktyabr tarixlərində Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) Vaşinqtonda keçiriləcək illik toplantısında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə AMB sədri özünün "Twitter" hesabında qeyd edib. T.Kazımov əlavə edib ki, toplantı çərçivəsində bir sıra tədbir və görüşlərdə iştirak edəcək.
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” platforması vasitəsilə də təqdim olunur
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər