2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq 16,2 milyard dollara bərabər olub.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə 1,9 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 0,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (sentyabr 2021- sentyabr 2022) Türkiyə 21,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” platforması vasitəsilə də təqdim olunur
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər