Azərbaycanda son sutkada koronavirus (COVID-19) 788 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 295, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 159, “buster” doza ilə peyvənd olunanların sayı 271, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 63 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 902 min 183, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 387 min 8, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 869 min 683 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 383 min 45, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 min 447 nəfərdir.