"Şəhərsalma və Memarlıq İli" çərçivəsində YAP Kürdəmir rayon təşkilatının və “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Kür çayı sahilində “12 Avqust - Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş “Gənclərin yay düşərgəsi” təşkil olunub.
“İki sahil” xəbər verir ki, düşərgədə YAP Kürdəmir rayon təşkilatının, “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin, əməkdaşları “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin könüllüləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Düşərgə çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışı, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində qrup işi, oyunlar və müxtəlif fəaliyyətlər təşkil olunub.
Düşərgənin sonunda gənclər ətraf mühitin qorunmasına və təmizliyinin təmin olunmasına töhfə vermək məqsədilə düşərgə ərazisində təmizlik işləri aparıblar.
Daha sonra gənclər Təşəkkürnamə ilə ilə təltif olundular.
Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq