16 oktyabr 2022 16:55
599

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 2 min 332 test nəticəsində məlum olub ki, 61 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 822 min 599-a yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 1 nəfərin dünyasını dəyişməsi nəticəsində ölən virus daşıyıcılarının sayı 9 min 932-yə yüksəlib.

Daha 63 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 812 min 228-ə yüksəlib.