Azərbaycanda son sutkada koronavirus (COVID-19) 606 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, “buster” doza ilə peyvənd olunanların sayı 228, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 29 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 902 min 789, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 387 min 156, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 869 min 884 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 383 min 273, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 min 476 nəfərdir.