17 oktyabr 2022 14:46
708

Onlar da ayrıldı

Türkiyəli aktrisa Ayça Ayşin Turana sevgilisi Alp Navruzla ayrılıb.

“İki sahil” xəbər verir ki, ikili sosial media hesablarında bir-birini izləmədən çıxarıb. Ayrılığa səbəb Alpın Çeşmədə tətildə olarkən biri ilə yaxınlaşması və idman zalında başqa bir xanımla flört etməsi olub.

Qeyd edək ki, cütlük  "Ada masalı" serialında tanış olub münasibətə bağlayıb. Bundan sonra daha bir layihədə ("Yürek çıkmazı") birgə rol almaları təklif edilsə də Ayça bundan imtina etmişdi. Ayça sevgilisiylə ikinci dəfə eyni serialda rol almasının karyerasına mənfi təsir edəcəyini düşündüyünü bildirmişdi.