18 oktyabr 2022 15:43
631

Vətən müharibəsindən bəhs edən serialin çəkilişləri növbəti il başlayacaq - FOTO

"Qarabağ Vətən müharibəsi" çoxseriyalı bədii televiziya filminin çəkiliş məkanlarının seçilməsi tamamlanıb.

“İki sahil” xəbər verir ki, çəkilişlər Bakı, Gəncə və Şuşa şəhərlərində, Füzuli, Quba, İsmayıllı, Daşkəsən, Şamaxı, Qəbələ, Xızı rayonlarında və Hadrut qəsəbəsində çəkilişlər planlaşdırılıb.

Serialın istehsalı ilə bağlı pirotexnika, əlbəsə, rekvizit, səs və digər sahələr üzrə texniki, həmçinin yaradıcı heyət üzvləri müəyyən olunub və onlar artıq fəaliyyətə başlayıb.

Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov serialın çəkilişlərinin 2023-cü il, mart ayında başlayacağını qeyd edib.

O, serialın ümumi ssenarisinin azərbaycanlı ssenarist tərəfindən yazıldığını deyib: "Daha sonra isə ümumi ssenari qrupu tərəfindən təkmilləşdirilib. Resjissorlar isə həm türk, həm də azərbaycanlı olacaq. Serialın aktyor heyəti azərbaycanlılardan ibarət olacaq".

Qeyd edək ki, film Türkiyə Respublikasında fəaliyyət göstərən “Bozdağ Film" şirkəti tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə çəkilir.