Amerikalı aktyor Kaalana Uolker 50 il müddətinə həbs edilib.
“İki sahil” xəbər verir ki, aktyor dörd qadın və üç yeniyetmə qıza təcavüz etməkdə ittiham olunub. Bundan başqa, 27 yaşlı aktyorun adı ömürlük seksual cinayətkarların reyestrinə daxil ediləcək.
İstintaq müəyyən edib ki, 2013-cü ildən Uolker qadınlarla, xüsusən də modellərlə sosial şəbəkələrdə tanış olub. Aktyor onlara karyeralarında və məşhurlarla tanışlıqda köməklik edəcəyinə söz verib. İki il ərzində qadınları görüşə çağırıb və onlara təcavüz edib.
Qeyd edək ki, Uolker 2018-ci ildə həbs olunub.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO