19 oktyabr 2022 16:59
429

Quba sakinindən qanunsuz silah götürülüb FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat cidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırmalar zamanı rayonun İspik kənd sakini Mütəllim Qasımovda bir ədəd müvafiq sənədləri olmayan ov tüfənginin olması müəyyən edilib və götürülüb.

Faktla bağlı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.