20 oktyabr 2022 10:12
868

Goranboyda şəhid bulağının açılışı olub - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Goranlı kəndində şəhid İxtiyar İlqar oğlu Əliyevin xatirəsinə ucaldılmış şəhid bulağının açılış mərasimində iştirak edib.

“İki sahil” xəbər verir ki, tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri iştirak edib.

Açılışa başlamazdan əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların  ruhlarına dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib. Tədbirdə çıxış edən millət vəkili 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin qətiyyətli və uğurlu siyasətindən, əsgərlərin, zabitlərin şücaətindən danışıb və onların göstərdikləri fədəkarlıqların Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.

Şəhidin ailə üzvləri də onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.