20 oktyabr 2022 13:11
615

Ağdam Teatrının binası olduğu kimi saxlanıla bilər

Nazirlik səviyyəsində hesab edirik ki, bəzi abidələri olduğu kimi saxlayaq.

“İki sahil” xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin vəzifələrini icra edən Nuridə Allahyarova deyib.

Şöbə müdiri Ağdam Dövlət Dram Teatrının binasının olduğu kimi saxlanıla biləcəyini qeyd edib: "Məsələn, Ağdam Teatrı məhz olduğu kimi saxlanıla bilər. Bir daha qeyd edim ki, bu, dünyaya erməni vandalizmini sübut etmək üçündür".