Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) daha bir beynəlxalq görüşdə iştirak edib.
Milli Şuradan "İki sahil"ə verilən məlumata görə, Avropa Komissiyası tərəfindən keçirilən “TAİEX və #eu4youth konfransında ARGTMŞ-nın sədri Azər Əliyev Brüsseldə oflayn, Beynəlxalq əlaqələr və Layihələr üzrə katibi Fatimə Əsədova isə onlayn şəkildə iştirak edib.
Görüşün əsas məqsədi iştirakçı ölkələrdə gənclər siyasətinin beynəlxalq və yerli səviyyədə təbliği, həmçinin gənclər siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində yerli dövlət orqanlarının əsas rolunu müəyyənləşdirməkdən ibarət olub.
Qeyd olunub ki, səfər Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.