Milli Məclisin deputatı Anar Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazanan yunan-Roma güləşçisi Taleh Məmmədovla görüşüb.
“İki sahil” xəbər verir ki, qazandığı qələbə münasibətilə idmançını təbrik edən deputat ona qarşıdakı yarışlarda yeni-yeni nailiyyətlər arzulayıb.
Görüşdə çıxış edən idmançı da idmanın inkişafına və idmançılara göstərilən əvəzsiz qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Onu da qeyd edək ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb. Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.