Oktyabr ayının 21 – də YAP Kürdəmir rayon təşkilatı və Kürdəmir rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə könlünü qələminə verən, dürüstlüyünü, zəhmətsevərliyini əməlləri ilə, qələmi ilə cəmiyyətə, elinə, obasına sirayət etdirən dedektiv əsərlər müəllifi, yazıçı, hüquqşünas Əlisəfa Azayevin həyat və yaradıcılığına həsr olunmuş “Həyatdan ədəbiyyata” adlı tədbir keçirildi.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir təşkilatının sədri Ayaz Cəbrayılov, Mərkəzi Kitabxana Sisteminin direktoru İradə Mahmudova, Nizami Gəncəvi adına Ədəbiyyat muzeyinin Aran şöbəsinin direktoru Yaqut Əşrəfova, Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova, Kürdəmirli yazarlar Yadigar Təvəkkül, Tənzilə Əliyeva, Tərlan Tağı, şəhid anaları Akifə Əliyeva və Gülnarə Zamanova çıxış edərək Əlisəfa Azayevin həyat və yaradıcılığıdan, sevə - sevə oxuduqları əsərlərindən söhbət açdılar, yazıçıya yaradıcılıq uğurları arzuladılar.
Tədbir yazıçının həyat və yaradıcılığına həsr olunmuş video çarxlar, oxucuların və kitabxana əməkdaşlarının ifasında yazıçının şeirləri ilə davam etdi. Sonda yazıçı Əlisəfa Azayev oxucuların suallarını cavablandırdı və görüşün təşkilatçılarına minnətdarlığını bildirdi.
Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq