Azərbaycanda son sutkada koronavirus (COVID-19) 725 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 258, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 128, “buster” doza ilə peyvənd olunanların sayı 298, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 41 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 906 min 553, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 388 min 383, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 870 min 623 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 384 min 851, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 min 696 nəfərdir.
Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq