Xızı rayonunun Giləzi qəsəbəsində Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Saleh Qurbanovun 40 mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, anım mərasimində Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov, Milli Məclisin deputatları Müşfiq Məmmədli, Vüqar Bayramov, Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının sədri Ayaz Quliyev və digər şəxslərlə birlikdə iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin ailəsi ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, şəhid Saleh Qurbanov 12 sentyabrda erməni təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalıb. 32 yaşlı qəhrəmanımız ailəli idi. Bir övladı Vətənə əmanət qalıb.
Allah şəhidlərimizə rəhmət eləsin.
Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq