23 oktyabr 2022 16:44
464

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 545 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 225, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 94, “buster” doza ilə peyvənd olunanların sayı 186, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 40 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 907 min 98, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 388 min 608, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 870 min 717 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 385 min 37, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 min 736 nəfərdir.