Bu gün Milli Məclisin deputatı Anar Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy rayonunun Qaradağlı kəndindən şəhid İmamquliyev Ümid Vüqar oğlunun qırx mərasimində iştirak edib.
“İki sahil” xəbər verir ki, mərasimdə icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzüldükdən sonra ailə üzvlərinin xatirəsi dinlənilib, şəhidin ruhuna dualar oxunub.
Onu da qeyd edək ki, şəhid İmamquliyev Ümid 12-13.09.2022-ci il tarixlərində Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatının qarşısının alınması zamanı şəhid olmuşdur.
Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq