ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illik yubileyi günündə ədibin barelyefinin açılışı olub.
“İki sahil” xəbər verir ki, barelyef Azərbaycanın Ticarət və Mədəniyyət Mərkəzində qoyulub.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın paytaxtı Vaşinqtonda oktyabrın 24-ü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyi münasibətilə anım günü elan edilib.
Bu barədə Vaşinqton meri Muriel Bauzer bəyannamə imzalayıb. Bəyannamədə XX əsrdə yaşamış görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyatı və irsi ehtiramla yad edilir.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO