28 oktyabr 2022 15:11
820

Ağdaşda təhsil işçiləri YAP-ın təsis edilməsinin 30-cu ildönümünü qeyd ediblər - FOTO

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə YAP Ağdaş rayon təşkilatının Təhsil ərazi partiya təşkilatında tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə partiyanın qurucusu, ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhdilərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.  Tədbiri giriş sözü ilə açan Təhsil ərazi ilk partiya təşkilatının sədri Afət Ramazanova Yeni Azərbaycan Partiyasının 30 il ərzində uğurlu yol keçdiyini və böyük nailiyyətlər əldə etdiyini qeyd edib.

YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov tədbirdə çıxış edərək Yeni Azərbaycan Partiyasının yarandığı gündən xalqın etimadını doğrultduğunu və ümumumxalq partiyası adını qazandığını vurğulayıb.

Tədbirdə YAP Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov, Ağdaş Təhsil sektorunun müdiri Leyla Bayramova, partiyanın veteran üzvü Ələs Novruzov, fəallardan Cəlalə Babayeva və Pərvin Rəhimov çıxış edərək Yeni Azərbaycan Pariyasının keçdiyi şərəfli tarixi yoldan bəhs ediblər.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbirdə yekdilliklə qeyd olunub ki, müstəqil Azərbaycanın qazandığı uğurların təməlində partiyanın banisi, ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Ölkəmizin və xalqımızın milli maraqlarına xidmət edən bu siyasətin həyata keçirilməsində partiya sədri, Prezident cənab İlham Əliyevin ətrafında, Yeni Azərbaycan Partiyasının sıralarında bundan sonra da yekdilliklə birləşəcəkləri hər bir çıxışçı tərəfindən bəyan edilib.

Sonda bir qrup partiya fəalı Fəxri fərmanla təltif edilib.