29 oktyabr 2022 13:50
611

“Türk şəhidliyi” abidəsi ziyarət edilib

Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıdakı “Türk şəhidliyi” abidəsini və "Şəhidlər Xiyabanı"nı ziyarət ediblər.

"İki sahil" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Baxçı “twiter”də yazıb.

“Cümhuriyyətimizin elan edilməsinin 99-cu ildönümü münasibətilə Türkiyə və Azərbaycan şəhidliklərində səfirliyimizin, hərbi attaşemizin, əlaqədar və tabe qurumların, iş adamlarının, tələbələrin, müəllimlərin və valideynlərin iştirakı ilə mərasim keçirilib”, - deyə paylaşımda qeyd olunub.