29 oktyabr 2022 17:31
507

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 555 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 122, “buster” doza ilə peyvənd olunanların sayı 246, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 43 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 910 min 603, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 389 min 900, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 871 min 313 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 386 min 409, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 min 981 nəfərdir.