Azərbaycanda son sutkada koronavirus (COVID-19) 434 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 99, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 91, “buster” doza ilə peyvənd olunanların sayı 207, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 37 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 911 min 37, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 389 min 999, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 871 min 404 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 386 min 616, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 min 18 nəfərdir.
Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq